Moskvanın “Dirty Dances” gecə klubuna gələn Kamal Süleymanov adlı azərbaycanlı mühafizəçilərlə mübahisə edib.
Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, o, gecə klubunu yandırmaq qərarına gəlib.
Ərazidən uzaqlaşdırlan K.Süleymanov bir müddət sonra benzinlə dolu kanistrlə yenidən gecə klubuna qayıdıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda striptiz KLUBLAR - Striptizor kişilərin sayı ARTACAQ – SORĞU+VİDEO
Ətrafa benzin tökən soydaşımızı dayandırmağa cəhd etsələr də, o, yanğın törətməyə nail olub.
Qeyd edək ki, K.Süleymanov polis tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb.
Bizim.Media