Tanınmış repçi kəsilmiş insan başı ilə şəkil çəkdirdi- FOTO

Hazırda oxunan: Tanınmış repçi kəsilmiş insan başı ilə şəkil çəkdirdi- FOTO

52017
Tanınmış ingilis repçisi İraq Şam İslam Dövləti (İŞİD) teror qruplaşmasına qoşulub. 

ANS PRESS-in məlumatına görə, 23 yaşlı Abdulmacid Abdulbari İngiltərədə lüks həyatı ilə vidaşalaraq Suriyaya gedib. O, İŞİD-ə qoşularaq, silahlanıb və müxtəlif əməliyyatda iştirak edib.

Abdulmacid Abdulbari İŞİD təşkilatına qoşulduğunu rəsmi elan edərək, kəsik insan başı ilə şəkil çəkdirib. O, silahlarla və insan cəsədləri ilə müxtəlif formalarda şəkillər çəkdirərək, sosial şəbəkələrdə paylaşıb.

Repçi Suriyaya cihad üçün getdiyini bildirib: “Mən Allah yolundə hər şeyi tərk edirəm. Allah uğrunda cihada qatılıram. Allahım mənə şəhidlik nəsib et”.

Qeyd edək ki, Abdulmacid Abdulbari Əl-Qaidə terror təşkilatının fəal üzvlərindən olan Adel Abdulbarinin oğludur.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin