Dekabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanda işgüzar səfərdə olan KTMT-nin baş katibi Stanislav Zas ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, Qriqoryan bununla bağlı Facebook səhifəsində paylaşım edib.
O, qeyd edib ki, tərəflər Ermənistanın KTMT-yə sədrliyi dövründə həyata keçiriləcək proqramları müzakirə ediblər.
Bu kontekstdə terrorizmə, ekstremizmə, miqrasiya təhlükəsizliyinə, bioloji təhlükəsizliyə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə siyasətinin işlənib hazırlanması üzrə KTMT-yə üzv dövlətlərin birgə fəaliyyəti prioritet olaraq tanınıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan, Tacikistan-Qırğızıstan və Tacikistan-Əfqanıstan sərhədlərində gərginliyin azaldılmasında KTMT-nin köməyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Armen Qriqoryan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edərək, bu çətinliyin aradan qaldırılmasının Ermənistan üçün prioritet vəzifə olduğunu vurğulayıb.
Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanması üçün şəraitin təmin edilməsinin vacibliyi qarşılıqlı vurğulanıb.
Bizim.Media