Fransa və Almaniya səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırıldı

Hazırda oxunan: Fransa və Almaniya səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırıldı

5174

Fransa və Almaniyanın İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media-nın xarici mətbuta istinadla məlumatına görə, barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlama verib.

O, bildirib ki, İran etirazını iki Avropa ölkəsinin nümayəndələrinə çatdırıb.

S.Xətibzadənin sözlərinə görə, Fransa və Almaniyanın rəsmi nümayəndələrinə Avropanın digər ölkələrdə terrorun və iğtişaşların dəstəklənməsi ilə bağlı ikili standart yürütdüyü bildirilib.

İran rəsmisi əlavə edib ki, “nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsində lazımi mövqe bildirməyən Avropa dövlətləri bu dəfə dərhal müdaxilə xarakterli addımlar atıblar”.

Qeyd edək ki, İranda 2017-2018-ci il iğtişaşlarında əli olduğu deyilən və İran əleyhinə casusluqda ittiham olunan  Ruhulla Zəm adlı şəxsin edamından sonra bır sıra Avropa dövlətləri rəsmi Tehrana qarşı bəyanat veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin