ABŞ Hərbi Hava Qüvvələrinin bir müddətdir sınaqdan keçirdiyi “AGM-183A Havadan Havaya Sürətli Müdaxilə Silahı” adlı hipersəs raketi sınaqlarda üçüncü dəfə uğursuzluğa düçar olub.
Bizim.Media xəbər verir ki, bu barədə briqada generalı Hit Kollinz “WarZone” jurnalına açıqlamasında deyib.
Briqada generalı Kollinz “B-52H” bombardmançı təyyarəsinə qoşulan “AGM-183A” prototip raketinin naməlum səbəbdən bağlı olduğu sursat stansiyasından çıxmadığını, atış ardıcıllığının dayandığını və raketin buraxılmadığını bildirib.
ABŞ generalı raket sisteminin telemetriya və bort məlumatlarını təhlil etmək üçün zavoda qaytarılacağını bildirib.
O, əlavə edib ki, Hərbi Hava Qüvvələri bu hipersəs silahını ən qısa zamanda təkrar sınaqdan keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:47 / 21.12.2021
ABŞ-ın raket sınağı 3-cü dəfə uğursuz oldu - VİDEO
Hazırda oxunan: ABŞ-ın raket sınağı 3-cü dəfə uğursuz oldu - VİDEO
Hazırda oxunan: ABŞ-ın raket sınağı 3-cü dəfə uğursuz oldu - VİDEO
51706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.