Azərbaycanlı gənc Türkiyədə QƏTL TÖRƏTDİ - “Instagram” söhbətinə görə

Hazırda oxunan: Azərbaycanlı gənc Türkiyədə QƏTL TÖRƏTDİ - “Instagram” söhbətinə görə

51683

Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs qətldə ittiham olunur.

Bizim.Media “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.


Hadisənin təffərrüatına gəlincə, Yasin Semih Demirok adlı Türkiyə vətəndaşı sevgilisinin “Instagram” hesabında Nəbinin adının axtarış bölməsində olduğunu görüb. 

Sevgilisini qısqanan Yasin, Nəbi ilə yazışaraq parkda görüş təyin edib. Mübahisə zamanı Nəbi silahla Yasini sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Nəbi isə hadisə yerindən qaçıb. Polis onun axtarışını davam etdirir.

Nəbinin Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin