Belarusun Londonda yerləşən səfirliyinə hücum edilib.
Bizim.Media "TASS"-a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
"Dekabrın 19-da axşam saatlarında naməlum şəxslər diplomatik nümayəndəliyin binasının fasadını dağıdıblar. Daha sonra Belarus diplomatlarına hücum edilib. Onlardan biri ağır xəsarət alıb və ona təcili tibbi yardım göstərilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Azərbaycan səfirliklərinə qarşı təxribata başlayıblar - FOTO
Səhiyyə müəssisəsində burun sınığı, yüngül beyin silkələnməsi və dişinin travmatik sınığı diaqnozu qoyulub. Hüquq-mühafizə orqanları gələndə hücum edənlər gizlənməyə çalışıblar. Bir neçə nəfər diplomatik polis tərəfindən saxlanılıb", -deyə məlumatda qeyd edilib.
Hadisədən sonra Böyük Britaniyanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb. Belarus tərəfi hücumun hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.
Bizim.Media