İŞİD-in yeni qənimətləri - VİDEO

Hazırda oxunan: İŞİD-in yeni qənimətləri - VİDEO

51517

 İŞİD-in Suriyanın şimalında yerləşən 93-cü diviziyasından ələ keçirdiyi hərbi texnikalardan bəziləri məlum oldu. 

Moderator.az-ın bildirdiyinə görə, terrorçuların yaydığı bir video-görüntülərlə təsbit olunan texnikalar arasında ən az 8 ədəd T-55 tipli tank, 1 ədəd 122 mm çaplı  D-30 havan topu, 1 ədəd 130mm çaplı M-46 top görünür. Xatırladaq ki, həmin video oxucularımıza təqdim olunmuşdu. (İŞİD ələ keçirdiyi qənimətləri nümayiş etdirdi- VIDEO)

Mütəxəssislər nümayiş etdirilən bu texnikaların qənimətlərdən sadəcə kiçik bir qismi olduğunu düşünürlər. Belə ki, Suriyada məlum müharibəsi başlamamışdan əvvəl 93-cü diviziyanın invertarında 50-dən artıq tank, çox sayda BMP tipli zirehli texnika, 17 ədəd havan topu, xeyli BM-21 roketatan, təyyarəyə qarşı zenit qurğuları var idi. Müharibə başlayandan sonra bu texnikaların bəzilərinin başqa yerlərə göndərilməsi ehtimal olunsa da yenə onların xeyli hissəsinin öz yerlərində saxlanıldığı güman edilir.

Əslində İŞİD silahlıları da xeyli qənimət əldə etdiklərini gizlətmirlər. Onların bildirdiyinə görə, ələ keçirdikləri tankların sayı 40-a qədərdir. Ən önəmli qənimətlərinin isə təyyarəyə qarşı zenit qurğuları olduğunu deyirlər. Belə ki, İŞİD silahlılarının indiyə qədər bu cür texnikaları yox idi və özlərini havadan gələn zərbələrdən qoruya bilmirdilər. İndisə ələ keçirdikləri “şilka”larla havadan müdafiə sistemlərini formalaşdıracaqlarını ümid edirlər. "Şilka"ların xüsusilə İraqda aparılan döyüşlərdə qarşı tərəfin hava qüvvələri üçün ciddi təhdid olacağı bildirilir.İslam Devleti”™nin ele geçirdiği ganimetler

İŞİD-ə bağlı informasiya vasitələrində yer alan şəkillərdə təyyarəyəqarşı zenit qurğularından biri-ZSU-23-4 tipli "şilka" nümayiş etdirilib. Mütəxəssislərə görə radar güdümlü bu texnika Yaxın Şərq ölkələrinin hava qüvvələrindən qorunmaqda kifayət qədər təsirli silah sayılır.

Texnikanın özəllikləri haqqında video-süjet təqdim edirik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin