Fransa hüquq-mühafizə orqanları aktyor Jerar Depardyeni zorlamada ittiham edib.
Bizim.Media “vz.ru” saytına istinadən xəbər verir ki, aktrisa Şarlotta Arnold “Depardyenin qurbanı” olduğunu açıqlayıb.
Mənbələr bildirir ki, aktrisa “tamaşanın qeyri-rəsmi məşqi” üçün rejissorun evinə gedib. Söhbət iki epizoddan gedir: qız 2018-ci il avqustun 7 və 13-də Depardyenin malikanəsində olub. İnformasiyanı “Brytfmonline” və “France-Presse” agentliyi yayıb.
Arnold mövzu ilə bağlı “Twitter”də "artıq səssiz qala bilməyəcəyini" söyləyib.
Xatırladaq ki, 2019-cu ildə hadisənin başvermə şəraitini öyrənmək mümkün olmadığından işin istintaqı bağlansa da, 2020-ci ildə bərpa edilib. İndi zərərçəkmiş apellyasiya şikayəti verib və Depardye ifadə verib. O, özünü təqsirli bilməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:35 / 20.12.2021
Depardye fransalı aktrisanı zorlayıb? - Qadın apellyasiya şikayəti verdi
Hazırda oxunan: Depardye fransalı aktrisanı zorlayıb? - Qadın apellyasiya şikayəti verdi
Hazırda oxunan: Depardye fransalı aktrisanı zorlayıb? - Qadın apellyasiya şikayəti verdi
0:00
0:00
51503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.