Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanıldı

Hazırda oxunan: Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanıldı

51443

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Giorgi Kalandadze Gürcüstan hakimiyyətinin tələbi ilə Berlində saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arkhi” telekanalı istefada olan generalın qohumları və dostlarına istinadən məlumat yayıb.

Mənbə yazır ki, Kalandadze 2012-ci ildə Gürcüstan vətəndaşı Elberd Koberidzenin işgəncə və qanunsuz həbsi ilə bağlı açılmış cinayət işi çərçivəsində saxlanılıb.

Gürcüstan hakimiyyəti hələlik rəsmi açıqlama yaymayıb.

Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək prezident Mixeil Saakaşvilinin dövründə Gürcüstan Baş Qərargahına rəhbərlik edib. 2014-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra Kalandadze həmfikirləri ilə birlikdə Ukraynaya gedib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin