Qəzza insanları şəkillərdə (FOTO)

Hazırda oxunan: Qəzza insanları şəkillərdə (FOTO)

51402
BBC-dən Jon Donnison-un Qəzzada İsrail hərbi əməliyyatı keçirldiyi günlərdə çəkdiyi şəkillər sadə camaatın həyatından bəhs edir. 

Jonun çəkdiyi şəkilləri Twitter-də @jondonnison səhifəsində tapmaq olar. 


Gənc ana qızı ilə Rafah şəhərində BMT məktəbinə sığınıblar. Qızın qardaşı İsrail bombardmanından sonra hospitala yerləşdirilib.


Rafah şəhərində BMT məktəbi ərazisində uşaqlar qələbə işarəsi nümayiş etdirir. BMT zərbələr nəticəsində 300-dən çox fələstinli uşağın həlak olduğunu bildirib.


Bombardman zamanı yaralanmış 3 yaşlı Ayanın evinə zərbə qızcığaz yuxuda olduğu vaxt endirilib. Aya ağlayaraq anasını çağırır, lakin onun anası bombardman zamanı həlak olub.


Xan Yunis hospitalında ağır yanıqlar almış Əhməd (solda) müalicə olunur. Ona qardaşı Mahmud baxır. Onların 17 yaşlı qardaşı Məhəmməd, Rafahda İsrail bombasına tuş gələrək ölüb. Hücumdan bir qədər əvvəl onların hamısı birlikdə çörək yeyib, deyib-gülürlərmiş.



11 yaşlı Əli Rafahda evinin qarşısında oynadığı zaman yaralanıb. İsrail bombası qonşularının evinə düşüb. Həkimlər uşağa Rafahdakı Küveyt hospitalının avtomobil dayanacağında baxırlar, çünki hospitalın özündə artıq dolub və yer yoxdur.


Bu balaca qız atəşkəs fasiləsi zamanı Cabaliyə şəhərində meyvə şirəsi almaq üçün bayıra çıxıb.


Qəzzanın şimalında Beyt Hanun məntəqəsi. İsrail bombardmanları nəticəsində evi 3-cü dəfə dağıdılan bu kişi həyətində böyüyən üzümün dadına baxır.


Beyt Hanun şəhərində bu kişi evinin dağıntıları altından ördəyi tapıb çıxardığından sevincəkdir. Beyt Hanun ən şiddətli İsrail bombardmanına məruz qalır.


Beyt Hanunda qız dağıdılmış evlərindən qalmış cəmi bir bağlamalıq əşyaları apararkən. Şəhərdə yüzlərlə ev yerlə yeksan edilib.

Cabaliyə şəhərində çörək üçün uzun növbələr. Enerji kəsintiləri çörəkçilərin işini çətinə salıb. Qəzzada yeganə elektrik stansiyası İsrail zərbələrinə məruz qalıb.


ANS PRESS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin