Saakaşvili deputat döyməkdə ittiham edilir

Hazırda oxunan: Saakaşvili deputat döyməkdə ittiham edilir

51254
Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixail Saakaşvili və sabiq baş nazir Vano Merabişvili haqda yeni cinayət işinin açıldığını elan edib. 

Saakaşvili deputatın döyülməsində ittiham edilir.

"Mixail Saakaşvili və Vano Merabişvili 333-cü maddəyə əsasən (xidməti səlahiyyətlərin aşılması) məsuliyyətə cəlb edilir", - deyə prokurorluğun bəyanatında deyilir.

Söhbət 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilindən gedir.

Saakaşvili, həmçinin 7 noyabr 2007-ci ildə müxalifət aksiyasını dağıtmaqda günahlandırılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin