Rusiya Avropanın işğalına hazırlaşır? – ABŞ rəsmisindən İDDİA  

Hazırda oxunan: Rusiya Avropanın işğalına hazırlaşır? – ABŞ rəsmisindən İDDİA  

51152

Florida ştatından olan Respublikaçı konqresmen Maykl Vals Avropanı gözləyən böyük savaşla bağlı xəbərdarlıq edib. 

Bizim.Media “FOX News”a istinadla xəbər verir ki, Vals qonaq olduğu televiziya proqramlarından birində bu mövzuda fikirlərini bölüşüb. 

MÖVZU İLƏ BAĞLI:

Fransanın hərbi gəmisi Qara dənizə girdi – Rusiya donanmasından VİDEO


Belə ki, konqresmen ictimaiyyətin diqqətini Bayden administrasiyasının Rusiyaya qarşı xarici siyasətinə yönəldərək dünyanın İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük torpaq işğalına şahid ola biləcəyini qeyd edib. 

Vals bu iddiasını Baydenin Rusiyaya qarşı münasibətdə “açıq zəifliyi” ilə əlaqələndirib. 

Konqresmen ilk öncə Rusiyanın Ukryana ilə sərhəddə təhdidkar davranışlarından narahatlığını dilə gətirib:   

“Beləliklə, biz başa düşməliyik ki, hər an İkinci Dünya Müharibəsindən sonra Avropada bəlkə də ən böyük miqyaslı torpaq işğalının şahidi ola bilərik. Yüz minlərlə rus əsgəri Ukrayna sərhədində cəmləşib. Ukraynanın elektrik şəbəkəsi infrastrukturuna kiberhücumlar daha tez-tez baş verir. Ukraynalıların son dərəcə narahat olduqlarını təsəvvür etmək elə də çətin deyil və biz Ağ Evdə eyni hədsiz zərurət hissini az da olsa müşahidə etmirik”.  

Fikirlərinin davamında Vals Baydenin laqeyd münasibətini də sərt formada tənqid edib: 

“200 milyon dollar məbləğində hərbi yardım paketinin təqdim edilməsinə dair sənədlər prezident Baydenin masasında qalıb və təsdiqini gözləyir. Sözügedən məsələnin həlli hələlik təxirə salınıb. Və dostlar, məncə, onlar (Ağ Evdə) 2014-cü ildəki kimi yanlış yanaşmadan istifadə edirlər. O zaman onlar ruslarla düşmənçilik etmək istəmirdilər. İndi də onları təhrik etmək istəmirlər, amma əslində bunlar açıq-aşkar zəiflik əlamətləridir”. 

Qeyd edək ki, son həftələrdə Qərb mətbuatı Rusiyanın Ukrayna ərazisinə hücuma hazırlaşdığı ilə bağlı ardıcıl xəbərlər tirajlamaqdadır.
Bir sıra Avropa və ABŞ ekspertləri də 2022-ci ilin ilk aylarında Ukrayna və Rusiya arasında münaqişənin yenidən alovlanacağı ehtimallarını irəli sürürlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin