Braziliya ilə Ekvador da İsraildəki səfirlərini geri çağırıb

Hazırda oxunan: Braziliya ilə Ekvador da İsraildəki səfirlərini geri çağırıb

50840
Daha 2 ölkə İsraillə diplomatik əlaqələri kəsib.

Fələstin xarici işlər nazirliyi Vail əl-Patriki verdiyi açıqlamada bildirib ki, Argentina, Çili, Peru və Salvadorun ardından Braziliya ilə Ekvador da İsraildəki səfirlərini geri çağırıb. 

Nazir Braziliya və Ekvadorun İsrailin Qəzza zolağında törətdiyi qırğınlar səbəbindən səfirlərini geri cağırdığını deyib. 

Fələstin rəsmisi Latın Amerikası ölkələrinin səfirlərini İsraildən geri çağırmasını təqdir etdiyini deməklə yanaşı, hərbi əməliyyatların dayandırılması üçün başqa dövlətlərin də analoji addım atmasını gözlədiklərini sözlərinə əlavə edib. 

Qeyd edək ki, Boliviya 2009-cü ildən İsraillə əlaqələrini Fələstin torpaqlarını işğal etdiyi səbəbindən kəsib və yəhudi dövlətini terrorçu ölkə adlandırıb. 

İsrail Latın Amerikası ölkələrinin bu addımında təəssüfləndiyini açıqlayıb.

ANS PRESS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin