NATO dövlətlərindən Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK

Hazırda oxunan: NATO dövlətlərindən Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK

50693

Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şimali Atlantika Şurasının iclasında iştirak etdi - FOTO


NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb.

Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.

İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin