Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin əvvəlində strateji danışıqlar aparmaq üçün Ukraynaya səfər edəcək.
Bizim.Media “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Diplomatiya 2022: Xarici siyasət fəaliyyəti strategiyasının prioritetləri” adlı tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, Ərdoğanın strateji səviyyəli danışıqlar üçün səfəri 2022-ci ilin əvvəlində gözlənilir.
"Siz bu səfərin təhlükəsizlik və Krım məsələsi kontekstində nə qədər vacib olduğunu başa düşürsünüz", - Dmitri Kuleba qeyd edib.
Xatırladaq ki, son bir ay ərzində Türkiyə prezidenti iki dəfə Ukrayna sərhədində rus qoşunlarının toplanması ilə əlaqədar gərginliyin qarşısını almaq üçün Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyi təklif edib.
Dekabrın 1-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya Federasiyası arasında gərginliyin azaldılmasının tərəfdarıdır, lakin Moskvaya qarşı sanksiyaların əleyhinədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:28 / 14.12.2021
Ərdoğan gələn ilin əvvəlində Ukraynaya gedəcək
Hazırda oxunan: Ərdoğan gələn ilin əvvəlində Ukraynaya gedəcək
Hazırda oxunan: Ərdoğan gələn ilin əvvəlində Ukraynaya gedəcək
0:00
0:00
50640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.