“Vaşiqton Post” qəzetinə müsahibə verən Quzey İraq kürd yönətiminin başçısı peşmərgələrin çətin şəraitdə olduğunu bildirərək ABŞ-ın onlara birbaşa əsgəri yardım göstərməsini xahiş edib.
Moderator.az xarici KİV-lərə istinadən xəbər verir ki, Məsud Barzani deyib:
“ABŞ-in İraqa verdiyi hərbi yardımdan bizə də pay düşür. Nə yazıq ki, indiyə qədər rəsmi Bağdaddan bir mərmi belə ala bilməmişik. Bizə düşən pay birbaşa özümüzə verilsə bölgəni daha effekti qoruya bilərik”.
Kürd lideri bu yardımlar zamanında onlara çatdırılmasa İŞİD-ə qarşı mübarizə aparmağın mümkün olmayacağını da bildirib:
“Bütün dünya xalqlarının nəzərinə çatdırıram ki, terrorizmə qarşı mübarizədə təkbaşına qalmışıq”.





























































































