İsrailin baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.
Bizim.Media “Al Arabiya” nəşrinə istinadən xəbər verir ki, bu, İsrail liderinin bu ölkəyə ilk səfəridir.
Əbu-Dabi Beynəlxalq Hava Limanının prezident terminalında onu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zain Əl-Nəhyan qarşılayıb.
“Nə gözəl qarşılama! İsrail liderinin BƏƏ-yə ilk rəsmi səfərində burada olmaqdan çox məmnunam. Biz əlaqələrimizi gücləndirəcəyimizə ümid edirik”, - deyə İsrail hökumətinin başçısı bildirib.
Sonra Naftali Bennet Əbu-Dabinin vəliəhdi - BƏƏ-nin faktiki lideri Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ilə onun şəxsi sarayında görüşüb.
"Məncə, bu, regionun şahidi olduğu yeni reallıqdır və biz uşaqlarımız üçün daha yaxşı gələcək təmin etmək üçün birlikdə çalışacağıq" deyən Bennet İsrail və BƏƏ arasında qarşılıqlı ticarətin həcminin əhəmiyyətli dərəcədə artdığını əlavə edib.
“İsrail də BƏƏ kimi regional ticarət mərkəzidir. Əməkdaşlığımız təkcə bizim üçün deyil, həm də regionun daha çox ölkələri üçün görünməmiş iqtisadi imkanlar açır”, - deyə baş nazir vurğulayıb.
İsrail mediası qeyd edib ki, səfər zamanı Bennet BƏƏ-nin texnologiya və nəqliyyat nazirləri ilə də görüşəcək.
Xatırladaq ki, Naftali Bennett İsrail tarixində BƏƏ-yə səfər edən ilk baş nazir olub. 2021-ci ilin iyun ayının əvvəlində xarici işlər naziri Yair Lapid yüksək rütbəli İsrail rəsmisi kimi Əmirliyə ilk səfərini etdi, Abu Dabidə səfirlik və Dubayda konsulluq açdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:19 / 13.12.2021
Tarixdə ilk dəfə: İsrailin baş naziri Birləşmiş Ərəb Əmirliklərinə gəldi – FOTO
Hazırda oxunan: Tarixdə ilk dəfə: İsrailin baş naziri Birləşmiş Ərəb Əmirliklərinə gəldi – FOTO
Hazırda oxunan: Tarixdə ilk dəfə: İsrailin baş naziri Birləşmiş Ərəb Əmirliklərinə gəldi – FOTO
50435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.