Ərdoğan tribunaya Fələstin şərfi ilə çıxdı

Hazırda oxunan: Ərdoğan tribunaya Fələstin şərfi ilə çıxdı

50417
Türkiyənin baş naziri və prezidentliyə namizədi Rəcab Tayyib Ərdoğan AKP qrup iclasında çıxış edib. Avropa.info-nun məlumatına görə, Ərdoğan CHP lideri Kılıçdaroğlunun Sosial Sığorta Komitəsində (SSK) işlədiyi vaxtların görüntülərini də izlətdirib. Tribunaya fələstinlilərə xas şərflə çıxan Ərdoğan Qəzzanın bombardman edilməsindən də danışıb:

 "Qəzzada 600-ə yaxın canımız şəhid olub. Onlardan 100-dən çoxu uşaqdır. Bölgədə Fələstinə sahib çıxan ölkə Türkiyədir. 

İsrailə hüququ xatırladan Türkiyə kimlərisə narahat etdi. İsrail tarixin unutmayacağı qətliamlardan birini törədir. 

1948-ci ildən bəri dolayı edilmiş qətliamlar məlumdur. İsrail 2002-ci ildə körpə qaçqın düşərgəsində 14 min insanı mühasirəyə aldı. Günlərlə raketlərə hədəf etdi. 1300 fələstinli şəhid edildi. 1500 nəfər yaralandı. İçəriyə günlərlə jurnalist və yardım təşkilatları buraxılmadı. 

Mərhum Ecevit bu qətliama etiraz etdi və "Soyqırım" adlandırdı. Sonra Ecevit 15 gündə 4 dəfə üzr istədi.

BMT-dən səs çıxmır. İslam ölkəsəri susub. Sadəcə xalqlar etiraz etdi. 

Qəzza üçün, insanlıq üçün ayağa qalxanları salamlayıram". 

Ərdoğan 1992-1998-ci illərə aid Savaş Ayın hazırladığı, Kılıçdaroğlunun da qonaq olduğu reportajı iclas iştirakçılarına izlətdirib. Reportaj xəstəxanalara həsr olunub.

"Bir az əvvəl bir sənədli film göstərildi. Bildiyiniz kimi, 92-98-ci illərdə SSK-nın rəhbəri Kılıçdaroğlu idi. O zaman nazir olan cənab Çağanın da açıqlamalarını eşitdiniz. O acı mənzərəyə heç kim cavabdeh deyil. 

O vətəndaşların vəziyyətini də gördünüz. Acınacaqlı idi. Bunları bu ölkə yaşadı. Artıq səhiyyədə elə bir problemimiz yoxdur. belə hallar tarixə qovuşub. 

Biz daha idealını yaratmağın yollarını axtarırıq"-Ərdoğan bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin