Moskva vilayətində Serpuxov qadın kilsəsinin ərazisində əldəqayırma partlayıcı qurğu işə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Mənbə 7-si uşaq olmaqla 8 nəfərin yaralandığını yazıb:
"Bu gün Moskva vaxtı ilə saat 08:00 radələrində Moskva yaxınlığındakı Serpuxovda, Oktyabrskaya küçəsi, 40 ünvanında, Serpuxov qadın kilsəsinin ərazisində əldəqayırma partlayıcı qurğu işə düşüb".
Qeyd edilib ki, bir kişi kilsənin ərazisinə əldəqayırma partlayıcı qurğu ilə daxil olub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Partlayış nəticəsində kilsədə yerləşən pravoslav klassik gimnaziyasının qapısı zədələnib. Yeniyetmələrdən biri xəstəxanaya yerləşdirilib.
"Moskva vilayətinin prokuroru Sergey Zabaturin və Serpuxov şəhər prokurorunun səlahiyyətlərini icra edən Valeri Kukuşkin hadisə yerindədir”. Moskva vilayət prokurorluğunun ofisi Telegram kanalında belə yazıb.
Partlayışı törədən şəxsin 18 yaşlı Vladislav Strujenkov olduğu təsdiqlənib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:25 / 13.12.2021
Qadın kilsəsində PARTLAYIŞ: 8 yaralı var - VİDEO
Hazırda oxunan: Qadın kilsəsində PARTLAYIŞ: 8 yaralı var - VİDEO
Hazırda oxunan: Qadın kilsəsində PARTLAYIŞ: 8 yaralı var - VİDEO
0:00
0:00
50390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.