“Ukrayna və Gürcüstan tələblərə cavab verərsə, NATO üzvlüyündə irəliləyə bilər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində deyib.
“Alyans hələ 2008-ci ildə təsdiqləyib ki, təşkilat Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə davam etsələr və tələblərə cavab versələr, bu məsələnin həlli yaxınlaşacaq”, - deyə E.Blinken bildirib.
Qeyd edək ki, 2008-ci il sammitində Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzv olacağına dair siyasi bəyanat qəbul edib.
Lakin həmin vaxt hər iki ölkə təşkilata üzv olmaq üçün hüquqi prosedurun ilk addımı olan üzvlüyə hazırlıq üçün fəaliyyət planını təqdim etməkdən imtina edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:49 / 12.12.2021
Ukrayna və Gürcüstan NATO-ya daxil ola bilərlər - Blinken şərti açıqladı
Hazırda oxunan: Ukrayna və Gürcüstan NATO-ya daxil ola bilərlər - Blinken şərti açıqladı
Hazırda oxunan: Ukrayna və Gürcüstan NATO-ya daxil ola bilərlər - Blinken şərti açıqladı
50353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.