Peskov yunanıstanlı jurnalisti PƏRT ETDİ - “Türkiyə silahı müdafiə üçün alır, sizsə,..” 

Hazırda oxunan: Peskov yunanıstanlı jurnalisti PƏRT ETDİ - “Türkiyə silahı müdafiə üçün alır, sizsə,..” 

0:00
0:00
50300

“Bizim Türkiyəyə satdığımız S-400 sistemləri hava hücumundan müdafiə vasitəsidir”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov yunan jurnalistin “Yunanıstanın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən narahat olduğu” ilə bağlı sualına cavabında deyib.

Peskov jurnalistin diqqətinə çatdırıb ki, “amma Dədəağac limanı vasitəsilə Yunanıstana daşınan silahlar isə müdafiə silahları deyil”.

Kreml sözçüsü ABŞ və NATO əsgərlərinin Yunanıstanda cəmləşməsi və alyansın hərbi texnikasının Dədəağac limanı vasitəsilə daşınmasının Rusiyada narahatlıq yaratdığını vurğulayıb.

Xatırladaq ki, son günlər NATO-nun 120 helikopter və 1000 hərbi texnikasının Dədəağac limanından istifadə etməklə alyansın şərq sərhədinə – Yunanıstan, Bolqarıstan və Rumıniyaya yerləşdirilməsi üçün irimiqyaslı hazırlıq getdiyi haqda məlumat yayılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin