Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının Türkiyə tərəfindən üzvü Binəli Yıldırım Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının (BTA) qonağı olub.
Bizim.Media xəbər verir ki, Qazaxıstana iki günlük səfərə gələn qonağı Akademiyanın prezidenti Darxan Kıdırəli və TDT Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov qarşılayıb. Nümayəndə heyəti əvvəlcə BTA-nın yeni binası, buradakı Türk Muzeyi və Türk Kitabxanası ilə tanış olub.
Tərəflər Türk dünyasının inteqrasiyası, humanitar, təhsil və elm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsindəki mühüm xidmətlərinə görə Binəli Yıldırıma Beynəlxalq Türk Akademiyasının “Qızıl medalı” təqdim olunub.
Bizim.Media