Müharibə başladı: Rusiya Ukraynaya aviasiya zərbəsi endirdi

Hazırda oxunan: Müharibə başladı: Rusiya Ukraynaya aviasiya zərbəsi endirdi

50035
Rusiya aviasiyası Donetsk vilayətinin şərqindəki Snejnom şəhərinə zərbələr endirib.
 
Moderator.az-ın  "Publika.az"-a İstinadən xəbərinə görə verir ki 4 dinc sakin ölüb, bir o qədəri yaralanıb. Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb.
 
Hərbi ekspertin sözlərinə görə, aviasiya zərbələri nəticəsində mülki obyektlər dağıdılıb. D.Tımçuk dinc əhali arasında qurbanların olduğunu qeyd edib.

Rəsmi Kiyev “Tornado-Q” reaktiv atəş sistemlərinin Ukraynaya Rusiya ərazisindən atıldığını bildirib.
 
“Ukraynanın hərbi ekspertləri aydın görür ki, “Qrad” yaylım atəş sistemindən atəş açılmayıb. Bu, 2010-cu ildə Rusiya Silahlı Qüvvələrinin cəbbəxanasına daxil edilən “Tornado-Q” reaktiv atəş sistemidir. Anti-terror güclərinin mövqelərinə atılanlar məhz “Tornado-Q”nin reaktiv raketləridir”, - deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin