Donetskdə ölüm-dirim savaşı başladı - VİDEO

Hazırda oxunan: Donetskdə ölüm-dirim savaşı başladı - VİDEO

49797

Ukraynanın şərqində qızğın döyüşlər gedir

Ukraynanın şərqində antiteror əməliyyatları çərçivəsində Luqansk ətrafında qızğın döyüşlər gedir. 

ANS TV-nin məlumatına görə, Ukrayna Hərbi-Hava Qüvvələri Luqansk yaxınlığında separatçıların mövqelərinə endirdiyi zərbələr nəticəsində 50 silahlının öldürüldüyü deyilir. 

Aviazərbələr Luqansk aerodromu yaxınlığındakı meşə zolağına və ruspərəst qüvvələrin digər cəmləşdiyi mövqelərə atılıb. Unian agentilyi məlumat verir ki, son sutka ərzində 3 ukraynalı hərbçii ölüb,12 nəfər yaralanıb.

Ukrayna ordusuna məxsus “BMP-2” piyadaların döyüş maşını minaya düşüb. Silahlılar Ukrayna ordusunun nəzarətində olan Donetsk hava limanını minaatanlardan, qumbaraatanlardan və zenit qurğularından atəşə tutublar. 

Atılan minalardan biri şaxtaçıları daşıyan avtobusa tuş gəlib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin