İran və Türkiyə prezidentləri arasında TELEFON DANIŞIĞI

Hazırda oxunan: İran və Türkiyə prezidentləri arasında TELEFON DANIŞIĞI

49740

İran Prezidenti İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, telefon danışığı zamanı liderlər ikitərəfli əməkdaşlıq, regional məsələləri müzakirə ediblər. 

Rəisi Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək: 

“Biz təkidlə bildiririk ki, regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır. Əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur”.

Türkiyə Prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana səfəri zamanı iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək. ("Fars" agentliyi)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin