PKK Dağlıq Qarabağda kimin tərəfində vuruşub?

Hazırda oxunan: PKK Dağlıq Qarabağda kimin tərəfində vuruşub?

4971

ABŞ-ın nüfuzlu “International Policy Digest” jurnalı Qarabağ müharibəsində Suriyalı muzdluların iştirakı barədə maraqlı yazı dərc edib.

Bizim.Media xəbər verir ki, yazıda müəllif BMT-nin Suriya yaraqlılarının Dağlıq Qarabağda Azərbaycan tərəfindən vuruşması haqqında iddialarından bəhs edib.

"Narahatıq", "muzdlular" – deyə keçən ay Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan bir müddət əvvəl özünü BMT-nin muzdlulardan istifadə üzrə İşçi Qrupunun mütəxəssisləri elan edənlər bağırırdı.

Onların verdikləri hesabatlarda heç bir dəlil, sübut yox idi.

Bunun əvəzinə, hesabatlarda “Türkiyənin suriyalı yaraqlılarını Azərbaycana gətirilməsində iştirak etdiyi” barədə məlumatlar yer alırdı. Lakin bu iddialar BMT tərəfindən səslənən vaxt, PKK təşkilatının Ermənistan tərəfindən vuruşduqları haqda dəlillər ortaya çıxır.

Sübut Azərbaycan Təhlükəsizlik Xidmətinin Dağlıq Qarabağda vuruşan, Ermənistan tərəfindən pulu ödənilən şəxslərin ələ keçirdiyi səs yazısı yayımlayıb.

MOVZU İLƏ BAĞLI:

Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib – VİDEO

Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR

Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi - ADLAR


Səs yazısı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin saytında yerləşdirilib və onu ingilis dilində altyazı ilə aydın şəkildə izləmək olar. Muzdlular ödəniş şərtlərindən, haqsızlıqdan, Azərbaycanın qalib gəldiyindən, dəhşətli hava şəraitindən şikayət ediblər. Çox heyif ki, BMT bitərəf təşkilat olmasına baxmayaraq, sübutları araşdırmaq əvəzinə, boş əks- səda olan iddialara görə bəyanatlar verir”,- deyə müəllif qeyd edib.

Daha sonra o, əslində müharibələrin silahla deyil, dezinformasiya ilə aparıldığını bildirib. Müəllif hazırda sosial media platformalarının yeni bir döyüş meydanı adlandırıb. Yazar Rusiya və İranın fake xəbərlərin “kralı” olduqlarını da bildirib.

“Rusiya və İran hər ikisi Ermənistanın və separatçı kuklalarının maliyyə və hərbi dəstəkçiləri,  Dağlıq Qarabağ münaqişəsinin əsas oyunçularıdır. Ermənistan Rusiyanın yaxın hərbi müttəfiqidir. Çünki Rusiyanın əsas regional hərbi bazalarından biri orada yerləşir. İran isə üçdə biri etnik azərbaycanlı olduğu üçün o, Azərbaycanın güclənməsini istəmir. Ona görə bu münaqişədə Ermənistanın İran mollaları tərəfindən dəstəklənməsi, maliyyələşdirilməsi və silahlanması təəccüblü deyil”- deyə, müəllif yazır.

Yazar aparılan informasiya müharibəsində işin mahiyyətini araşdırmadan bitərəf çıxış edənlərdən təəssüf hissi ilə yazıb.

“Təəssüf ki, günümüzdə ultra sürətli və əlçatan məlumatlar dövründə müxbirlər həqiqətləri əvvəllər olduğu kimi hərtərəfli araşdırmırlar. Erməni diasporası ilə bağlı olan jurnalistlərin araşdırma aparmaq istəmədikləri aydındır. Ancaq BMT kimi bitərəf təşkilatın məsələyə bu cür yanaşması problemin nə dərəcədə ciddi olduğunu açıq şəkildə göstərir”.

Sonda o, Ermənistanın Dağlıq Qarabağda terrorçulara müraciət etdiyindən də bəhs edib.

“İddialara görə, Ermənistan bir daha Dağlıq Qarabağdakı terrorçulara və muzdlulara müraciət etdiyi deyilir. Bunun üçün azadlığı, sülhü və beynəlxalq hüququ qiymətləndirən ölkələr hərəkət keçməlidirlər. Onlar bu işə dəlil və həqiqətləri diqqətlə qiymətləndirməklə başlaya bilərlər”.

Bizim.Media, Vüsalə Balayeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin