Ermənitsan mülki şəxslərin olduğu ərazilərə raket zərbələri endirib - "Human Rights Watch"

Hazırda oxunan: Ermənitsan mülki şəxslərin olduğu ərazilərə raket zərbələri endirib - "Human Rights Watch"

4962

"Erməni hərbi qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanunlara zidd olaraq, hərbi və mülki hədəflər arasında ayrı-seçkilik etmədən Azərbaycana raket zərbələri endirib".

Bizim.Media-nın xəbərinə görə, bu barədə "Human Rights Watch" təşkilatının növbəti hesabatında bildirilib.

Hesabata əsasən, təşkilatın Azərbaycanın Ermənistan hərbi qüvvələrinin hücumlarına məruz qalan ərazilərində noyabr ayı ərzində apardığı araşdırmalarda erməni qüvvələrinin ballistik raketlər, idarə olunmayan top mərmiləri və iriçaplı artilleriya mərmilərindən istifadə edərək açıq şəkildə və ayrı-seçkilik etmədən dinc əhalinin yaşadığı əraziləri vurmasına dair 11 hal aşkar edilib:

“Ən azı digər dörd başqa halda isə bu cür silahlar vasitəsilə açıq hərbi hədəflərin olmadığı ərazilərdə mülki şəxslərə və ya mülki obyektlərə zərbələr endirilib”.

Hesabatda bildirilir ki, "Human Rights Watch" Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər şəhərlərinə, qəsəbələrə və kəndlərə raket və artilleriya hücumlarını araşdırıb.

Hücumların 53 şahidi ilə fərdi görüşlər və 12 telefon danışığı, xəbər resursları və hökumət məlumatlarına əsasən 40 mülki vətəndaşın ölümü və onlarla insanın yaralanmasına səbəb olan bu raket zərbələrindən 18-i ilə bağlı araşdırma aparılıb.

Təşkilat hesabatında bildirib ki, araşdırılan 18 hücumdan üçünün qanuni olub-olmamasını təyin edə bilməyib.

Təşkilat 17 hücumdan 10-nun peykdən olan şəkillərini, hadisə yerindən olan və sosial mediada paylaşılan foto və videolarını da araşdırıb və bunlar hücumların günü, saatı və miqyası ilə üst-üstə düşür. Qeyd olunub ki, digər hücumlar barədə detallar növbəti hesabatlarda təqdim olunacaq.

"Hesabatda bildirilib ki, oktyabrın 4-ü və 17-si arası Gəncəyə edilən hücumlar 32 mülki şəxsin ölümünə səbəb olub, bu hücumlarda idarə olunmayan “Smerch” artilleriya raketləri və “SCUD-B” ballistik raketlərindən istifadə olunub”.

"985 kiloqramlıq yüksək partlayıcı xarakterli döyüş başlığı daşıya bilən “SCUD-B” raketləri nəzərdə tutulan hədəfdən ən azı 500 metr yayına bilər. Müəyyən hərbi hədəfə yönəldilə bilməyən və hərbi hədəfləri mülki obyektlərdən fərqləndirməyən silahlardan istifadə ayrı-seçkilik etmədən müharibə qanunlarını pozmaq deməkdir", - deyə təşkilatın hesabatında qeyd olunur.

Hesabatda bildirilir ki, erməni hücumları mülki itkilərə səbəb olmaqla yanaşı, evlərə, müəssisələrə, məktəblərə və bir xəstəxanaya ziyan vurub, insanların kütləvi şəkildə evlərini tərk etməsinə - köçkünlüyə səbəb olub: “Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, silahlı münaqişə zamanı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya ciddi zərər görüb".

Azərbaycan hökumətinin rəsmiləri bildirib ki, döyüşlər nəticəsində 40 000 sakin evlərini tərk edərək daha təhlükəsiz ərazilərə getmək məcburiyyətində qalıb ki, onların da çoxu qadın və uşaqdır.

"Ermənistan hökuməti erməni qüvvələrinin beynəlxalq humanitar hüquqa və müharibə qanunlarına zidd olan bu hücumları ilə bağlı qərəzsiz, hərtərəfli və şəffaf araşdırmalar aparmalıdır".

"Erməni qüvvələri müharibə qanunlarını pozaraq əhalisi olan şəhər və kəndlərə dəfələrlə raketlər, idarə olunmayan raketlər və ağır artilleriyadan mərmilər atıblar. Bir daha vurğulayıram ki, altı həftəlik müharibə dövründə bu hücumlar mülki insanların həyatını, onların evlərini qanunsuz olaraq dağıdıb və bütün hallar qərəzsiz şəkildə araşdırılmalıdır.  Erməni qüvvələri Azərbaycanın şəhərlərini, qəsəbələrini və kəndlərini çox dağıdıcı və dəqiq olmayan silahlarla atəşə tutub".

"Hər iki tərəfin müharibə qanunlarını açıq pozması və bütün bunlara görə cavabdehliyi bölgənin uzun illərdir, davam edən bu ixtilaflı münaqişənin öhdəsindən gəlməsi üçün çox vacibdir", - deyə təşkilatın Avropa və Mərkəzi Asiya ofisinin direktoru Hyu Uilyamson deyib.(APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin