Ötən sutka dünyada 7913 nəfər koronavirusdan öldü

Hazırda oxunan: Ötən sutka dünyada 7913 nəfər koronavirusdan öldü

0:00
0:00
49592

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 600 minə yaxın olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 598 min 902 nəfər yeni koronavirusa yoluxub, 7 min 913 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da yoluxanların ümumi sayı 267 milyon 371 min 32, ölənlər isə 5 milyon 286 min 309 nəfərə çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusdan sonra bizi hansı BƏLA gözləyir? – “Dünya iqtisadi ŞOK keçirəcək” 


Ötən sutka ərzində virusa ən çox yoluxma halı (107 min 642 nəfər) və bu xəstəlikdən ölüm faktı (1722 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (50,2 milyon), Hindistan (34,6 milyon), Braziliya (22,1 milyon), Böyük Britaniya (10,5 milyon), Rusiya (9,8 milyon), Türkiyə (8,9 milyon) və Fransada (7,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.

ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin