Jurnalist Qaşıqçının qətlində şübhəli bilinən şəxs saxlanıldı

Hazırda oxunan: Jurnalist Qaşıqçının qətlində şübhəli bilinən şəxs saxlanıldı

49585

Fransa polisi səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri, 33 yaşlı Xalid Eid əl-Uteybini saxlayıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Qvardiyasının keçmiş üzvü ParisinŞarl de Qoll hava limanında Ər-Riyad reysilə yola düşməyə hazırlaşarkən saxlanılıb.

Saxlanılan şəxsin kimliyi və könüllü razılığı təsdiqlənərsə, Fransa onu bu iş üzrə məhkəmənin aparıldığı Türkiyəyə təhvil verəcək. Əks halda onun ekstradisiyası məsələsini Fransa məhkəməsi həll edəcək.

Qeyd edək ki, rəsmi Ər-Riyadın siyasəti ilə bağlı tənqidi məqalələri ilə tanınan jurnalist Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayıb və burada The Washington Post qəzeti ilə əməkdaşlıq edib. O, 2018-ci il oktyabrın 2-də ölkəsinin İstanbuldakı Baş Konsulluğuna gedərkən yoxa çıxıb.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmiləri Qaşıqçının münaqişə zəminində diplomatik missiyanın binasında öldürüldüyünü bildirib. Beynəlxalq ictimaiyyət bu cinayəti pisləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin