İranın mərkəzi hissəsindəki İsfahan şəhərində hakimiyyətdən quraqlığın nəticələrinin aradan qaldırılmasını tələb edən 130 etirazçı saxlanılıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsfahan şəhərinin sakinləri İsfahandan axan Zəyəndə çayının qurumasına diqqət çəkiblər.
Ölkənin Ədliyyə Hakimiyyətinin mətbuat katibi Zabiulla Xodayanın dediyi kimi, su çatışmazlığı probleminin həllini tələb edən şəhər sakinləri əslində təxribatçıların əlində alətə çevriliblər:
“Aksiya iştirakçıları əmlaka ziyan vurublar. Nəticədə 130 nəfər saxlanılıb. Atəş açıb ictimai təhlükəsizliyə zərər vuranlardan başqa hər kəs zaminə buraxılıb”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:53 / 07.12.2021
İranda yeni ETİRAZLAR - 130 nəfər tutuldu
Hazırda oxunan: İranda yeni ETİRAZLAR - 130 nəfər tutuldu
Hazırda oxunan: İranda yeni ETİRAZLAR - 130 nəfər tutuldu
49495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.