Ukrayna ordusu daha bir şəhəri tutdu -VİDEO

Hazırda oxunan: Ukrayna ordusu daha bir şəhəri tutdu -VİDEO

49491
Ukrayna ordusu Donetsk vilayətində daha bir şəhərə nəzarəti ələ keçirib. ANS TV-nin məlumatına görə, rəsmi Kiyev Artyomivsk şəhərinin terrorçulardan təmizləndiyini açıqlayıb. Şəhərdə Ukrayna bayrağı dalğalanır. Bir qədər əvvəl Ukrayna Slavyansk, Kramatorsk, Drujkovka və Konstanivka şəhərləri üzərində nəzarəti bərpa etmişdi.
Ukraynanın şərq hissəsində daha bir hərbi əməliyyat baş tutub. Hərbi hava qüvvələri Luqansk şəhərində separatçıların mövqelərinə raket zərbələri ilə atəş açıb. Nəticədə azı 2 nəfərin öldürüldüyü bildirilir. 
Ukrayna hökuməti ölkənin şərq hissəsi terrorçulardan azad edildikdən sonra hər kəsin öz dilində danışmaq hüquqlarının təmin olunacağına vəd verib.
Ukraynanın şərqində təhlükəsizlik qüvvələrinin ruspərəst separatçılara qarşı sərt müdaxiləsi etirazlarla qarşılanıb. Donetsk şəhərində baş tutan aksiyaya minlərlə insan qatılıb. Fəallar Donetsk uğrunda rəsmi Kiyevə qarşı mübarizə aparan hərbi qüvvələrə dəstək nümayiş etdiriblər. 

Aksiyada Ukrayna hökumətinin üsyançılara qarşı keçirdiyi hərbi əməliyyatlar tənqid olunub. Etiraçılar Rusiyadan kömək istəyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin