Tehranın “Şəhid Beheşti” Tibb Elmləri Universitetinin rektoru cəmiyyətdə psixoloji problemlərin artdığı barədə xəbərdarlıq edərək, İranda hər 3 nəfərdən birinin psixi pozğunluqdan əziyyət çəkdiyini deyib.
Bizim.Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, Əlirza Zalinin fikrincə, bu, əhəmiyyətli bir statistik rəqəmdir.
Mənbə yazıb ki, Zali İranda psixi pozuntuların səbəbini belə izah edib:
"Cəmiyyətin daha çox mexanikləşdirilməsi, mənəvi dəyərlərdən uzaqlaşması, iqtisadi şoklar və inflyasiya, sosial problemlər, bioloji quruluşun dəyişməsi, ailələrin ictimai pozuntularla mübarizədə emosianal lövbər olma rolundan uzaqlaşması, gündəlik stresli şoklar və ictimai şəbəkələrdən çox istifadə etmək kimi bir sıra problemlər insanda psixi problemlərə gətirib çıxarır".
Onun bildirdiyinə görə, İranda son illər belə psixi pozuntular ötən illərlə müqayisədə olduqca çoxalıb. Belə ki, 2000-ci illərdə psixoloji pozuntuların statistikası 20% idisə, son illərdə bu rəqəm 12% artıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:28 / 06.12.2021
“Hər üç iranlıdan biri psixi pozğunluqdan əziyyət çəkir” – Universitet rektoru
Hazırda oxunan: “Hər üç iranlıdan biri psixi pozğunluqdan əziyyət çəkir” – Universitet rektoru
Hazırda oxunan: “Hər üç iranlıdan biri psixi pozğunluqdan əziyyət çəkir” – Universitet rektoru
0:00
0:00
49355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.