Taliban ölkədən qaçırılan təyyarə və helikopterlərin bir hissəsini geri qaytardı

Hazırda oxunan: Taliban ölkədən qaçırılan təyyarə və helikopterlərin bir hissəsini geri qaytardı

49277

Taliban əfqan pilotları tərəfindən qaçırılan bir neçə təyyarə və helikopteri qonşu Orta Asiya ölkələrindən geri qaytara bilib. 

Bizim.Media “Fərqanə” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Əfqanıstanın şimalındakı Bəlx vilayətindəki Taliban qüvvələrinin komandanı Attaullah Öməri bildirib.

Ömərinin sözlərinə görə, artıq bir neçə təyyarə və helikopter Əfqanıstana aparılıb.

Bəlxdəki Taliban Hərbi Hava Qüvvələrinin komandiri Ziul-Haq Assimin qeyd etdiyi kimi, onun tabeliyində olanlar bir təyyarəni təmir edib xidmətə qaytara biliblər. 

“O, təmir üçün Dubaya göndərilməli idi. Amma bizim mühəndis və texniki işçilərimiz onu təmir ediblər”, - deyə Assim bildirib.

Bundan əvvəl Taliban liderinin müavini Molla Əbdül Qani Baradar Özbəkistanı əvvəlki hökumətin süqutundan sonra əfqan pilotların ölkədən qaçırdığı təyyarə və helikopterləri geri qaytarmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin