Rəisi Azərbaycanla imzalanan sazişin əhəmiyyətindən DANIŞDI

Hazırda oxunan: Rəisi Azərbaycanla imzalanan sazişin əhəmiyyətindən DANIŞDI

49271

Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.

Bizim.Media-nın məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.

İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb:

“Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, - deyə İran prezidenti bildirib.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin