Azərbaycana qarşı düşmən mövqedə olan amerikalı keçmiş senator öldü

Hazırda oxunan: Azərbaycana qarşı düşmən mövqedə olan amerikalı keçmiş senator öldü

49264

ABŞ-ın keçmiş respublikaçı senatoru və ABŞ prezidentliyinə namizəd Bob Doul 99 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı həyat yoldaşı Elizabet Doulun Fondu yayıb.

Bu ilin fevral ayında Bob Doul ona bədxassəli ağciyər şişi diaqnozu qoyulduğunu açıqlayıb. Ola bilsin ki, bu, siyasətçinin ölümə səbəb olub.

Qeyd edək ki, Doul Azərbaycana qarşı düşmən mövqedə olub,  ermənilərin maraqlarını isə fəal şəkildə müdafiə edib. 

Məhz onun səyləri ilə Ermənistanda Minilliyin Çağırışları Fondunun ofisi açılıb. O, həmçinin Ermənistana ABŞ-ın daimi iqtisadi tərəfdaşı statusunun verilməsi ilə bağlı lobbiçilik edib.

Amerikalı siyasətçi erməni soyqırımının tanınması uğrunda mübarizədə uzun illər fəaliyyətinə görə Amerika Erməni Milli Komitəsinin (ANCA) ən yüksək mükafatlarına layiq görülüb. 2019-cu ildə Ermənistan prezidenti Armen Sarkisyan onu Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsi və inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin