Tehran polisinin rəsmisi paytaxtda ticarət obyektlərinə ad qoyarkən türk, kürd və lor kimi qeyri-fars dillərdən istifadə edilməsinin qadağan olduğunu bildirib.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Tehranın ticarət məkanlarına nəzarət polisinin rəisi, polkovnik Nadir Muradi deyib ki, Tehranda ticarət məkanlarının adları mütləq fars dilində olmalıdır.
MÖVZU İLƏ BAĞLI:
İran nüvə danışıqlarının son raundunda mövqeyini sərtləşdirdi - Dövlət Departamenti
“İş yerləri və ticarət obyektləri üçün istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İranın Mədəniyyət və İrşad Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır”,- deyə Murası qeyd edib.
O, əlavə edib: “Polisə göndərilən təlimata görə, iş yerləri yerli dillərə mənsub adlardan sadəcə o dillə bağlı olan vilayət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün, türk adlarından sadəcə türklərin yaşadığı vilayətlərdə istifadə edilə bilər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:50 / 06.12.2021
Tehran polisi: “Paytaxtın ticarət məkanlarına qeyri-fars adları qoymaq qadağandır”
Hazırda oxunan: Tehran polisi: “Paytaxtın ticarət məkanlarına qeyri-fars adları qoymaq qadağandır”
Hazırda oxunan: Tehran polisi: “Paytaxtın ticarət məkanlarına qeyri-fars adları qoymaq qadağandır”
0:00
0:00
49246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.