Avstriyada insanlar küçələrə axışdı - Məcburi peyvəndlərdən beziblər - FOTO

Hazırda oxunan: Avstriyada insanlar küçələrə axışdı - Məcburi peyvəndlərdən beziblər - FOTO

0:00
0:00
49236

Şənbə günü Avstriyada on minlərlə insan ardıcıl üçüncü həftə sonu məcburi peyvəndlərə və digər virus əleyhinə tədbirlərə etiraz olaraq küçələrə çıxıb.

Bizim.Media “The New York Times” saytına istinadən xəbər verir ki, Vyanada etirazçıların sayı 40 mini keçib. Səlahiyyətlilər bir neçə nəfərin "ictimai asayişi pozduğuna" görə həbs edildiyini bildirib.

Qeyd edək ki, Avstriya koronavirus infeksiyalarının sürətini endirmək üçün təcrid edilmələri dekabrın 11-dək rəsmi olaraq uzadıb.

Bununla belə, şəhərin əsas mağazaları dekabrın 2-dən başlayaraq axşam saat 19:00-da bağlanmalıdır. Avstriya noyabrın 22-də karantini tətbiq etməklə Avropa İttifaqında ilk ölkə olub. 

Mühafizəkar kansler Aleksandr Şallenberg də fevralın 1-dən peyvəndlərin məcburi olacağını açıqlayıb.

Avstriya rəsmiləri noyabrın 17-də bildiriblər ki, səyahət edənlər ölkəyə daxil olarkən mənfi PCR nəticələrini göstərməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin