Qara dəniz üzərində HOMER79 çağırış nişanlı Amerika kəşfiyyat təyyarəsi görünüb.
Bizim.Media-nın PlaneRadar sisteminə istinadən verdiyi məlumata görə, təyyarə Krım sahilləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirirmiş.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Boeing RC-135V Rivet Joint təyyarəsi Krit adasındakı bazadan səmaya qalxaraq Rusiya sərhədində, Qara dəniz bölgəsindəki vəziyyəti araşdırıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ kəşfiyyatı: “UNO-lar milli təhlükəsizliyə problem yaradır” - HESABAT
O, Rusiyanın Qara dəniz sərhədi yaxınlığında uçduqdan sonra Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşuna çıxıb, daha sonra Gürcüstanın hava sərhədini keçib.
Xatırladaq ki, dekabrın 3-də Təl-Əviv-Moskva marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Amerika kəşfiyyat təyyarəsi ilə yaxınlaşmamaq üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olub. Bu məlumatı Federal Hava Nəqliyyatı Agentliyi təsdiqləyib.
Bizim.Media