SSRİ-nin dağılmasının 30 ili: Nazarbayev Qorbaçovla Yeltsin arasındakı davadan danışdı

Hazırda oxunan: SSRİ-nin dağılmasının 30 ili: Nazarbayev Qorbaçovla Yeltsin arasındakı davadan danışdı

49177

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev SSRİ-nin dağılması ilə bağlı Belovejskaya müqavilələrinin imzalanmasından az sonra Mixail Qorbaçovla Boris Yeltsin arasında mübahisənin necə şahidi olduğunu danışıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Yeltsinin Belovejskaya Puşaya gəlməsini və Sovet İttifaqının dağılmasından bəhs edən sənədə imza atmasına Nazarbayev razılıq verməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazarbayevin təsviri olan əskinas dövriyyəyə buraxıldı - FOTO


Əvəzində Nazarbayevin özü Moskvaya uçub və Belovejskaya görüşünün səhərisi Qorbaçovla görüşüb. 

“Səhər təyin olunmuş vaxtda gəldim, oturdum, danışdım, bir müddət sonra Yeltsin içəri girdi. Təbii ki, Qorbaçov dedi: “Yaxşı, sən nə etmisən? Nə istəyirsən? Bəs nüvə silahının taleyi necə olacaq? Birləşmiş silahlı qüvvələrin taleyi necə olacaq? 

Yeltsin yerindən atılıb dedi: “Mənim üçün dindirmə təşkil edirsən?”.

Xatırladaq ki, bu dialoq azərbaycanlı jurnalist Nailə Əsgərzadə tərəfindən hazırlanan “SSRİ-siz 30 il” filmində (Rossiya 1” kanalında yayımlanıb) yer alıb.

Nazarbayevin sözlərinə görə, Qorbaçov Yeltsinə deyib ki, Sovet İttifaqının prezidenti mənəm. Yeltsin isə yerindən qalxıb, otağı gəzib, stula yaxınlaşıb və deyib:

“Bəli, hələ sən prezidentsən, bu kresloda mən oturacağam”.Sonra yüksək tonlarda söyüşlər başlayıb”, - deyə Qazaxıstanın eks-prezidenti xatırlayır.
 

1991-ci il dekabrın 25-də Sovet İttifaqının prezidenti Mixail Qorbaçovun sovet xalqına müraciətində prezidentlik səlahiyyətlərinin dayandırıldığını elan edəndə Sovet İttifaqının mövcudluğu sona çatıb.


Bundan əvvəl dekabrın 8-də Rusiya, Belarus və Ukrayna liderləri tərəfindən SSRİ-nin mövcudluğuna son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin yaradılmasını elan edən saziş imzalanmışdı. Bu akt Belovejskaya müqaviləsi kimi tarixə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin