Cənubi Afrikada aşkarlandıqdan sonra 40-a yaxın ölkəyə yayılan COVID-19-un Omikron ştamı ilə mübarizə üçün tədbirlər daha da genişləndirilir.
Bizim.Media “BBC”-yə istinadən xəbər verir ki, peyvənd istehsalçısı “Moderna” yeni ştama qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib.
Belə ki, peyvənd hazırlanmasında mRNA texnologiyasından istifadə edən “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb:
“Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”.
Qeyd edək ki, daha əvvəl “Pfizer” və “Johnson & Johnson” da Omikrona qarşı peyvənd hazırlamağa başladıqlarını elan etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:22 / 05.12.2021
Omikrona qarşı yeni PEYVƏND: "Gələn aydan istehsala başlanıla bilər"
Hazırda oxunan: Omikrona qarşı yeni PEYVƏND: "Gələn aydan istehsala başlanıla bilər"
Hazırda oxunan: Omikrona qarşı yeni PEYVƏND: "Gələn aydan istehsala başlanıla bilər"
49163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.