Mağazaya maskasız girən baş nazir üzr istədi 

Hazırda oxunan: Mağazaya maskasız girən baş nazir üzr istədi 

49156

Danimarkanın Baş naziri maska taxmadığına və pandemiya əleyhinə qanunları pozduğuna görə üzr istəyib. 

Bizim.Media Avropa mətbuatına istinadən xəbər verir ki, Mette Frederiksen Kopenhagendəki geyim mağazasına maska taxmadan daxil olub. 

Belə ki, Şənbə günü Danimarka Baş nazirinin geyim mağazasında maskasız alış-veriş etdiyini göstərən bir video yayımlanıb. 

Görüntülərin sosial mediada geniş rezonans doğurmasından sonra isə Frederiksen üzrxahlıq mesajı verməyə məcbur olub: 

"Mən bilirəm ki, bu, hər kəsin başına gələ bilər. Amma mənim deyil. Buna görə də açıq şəkildə təəssüflənirəm və bu pandemiya ilə mübarizə aparmaq üçün birlikdə etdiyimiz hər şeyə görə bir daha sizə təşəkkür etmək istəyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin