Ağciyər xərçənginin qeyri-adi əlaməti açıqlandı

Hazırda oxunan: Ağciyər xərçənginin qeyri-adi əlaməti açıqlandı

49123

Çiyinlərdə və ya qollarda ağrı ağciyər xərçənginin göstəricisi ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ingiltərəli alimlər xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, adətən ağciyər xərçəngi bu xəstəliyin digər növlərindən daha sürətli yayılır. Bu səbəbdən bədəndə olan əlamətlərə diqqət etmək lazımdır.

Həmin simptomların arasında barmaqların dərisinin quruması da erkən mərhələdə xərçəng əlamətləri ola bilər. Xəstələr tez-tez əl və ayaqlarında sancmalardan şikayət edirlər. Bütün bunlar ağciyərlərə bağlı olan qan damarlarında artan təzyiq nəticəsində ətrafların qan tədarükü ilə bağlı problemlərin yaranmasına görədir.

Bundan əlavə, həftələrlə keçməyən davamlı öskürək, müalicələrə baxmayaraq tez-tez qayıdan döş qəfəsi infeksiyaları, oksigen çatışmazlığı, üzdə şişkinlik, nəfəs alan zaman ağrı, apatiya, yuxululuq, iştahasızlıq və səbəbsiz çəki itirmə də ağciyər xərçəngini göstərə bilər.

Qeyd edək ki, səsin səbəbsiz yerə boğuq çıxması da ağciyər xərçənginin əsas əlamətlərindən hesab edilir.(oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin