Qazaxıstan niyə Krımı Rusiya ərazisi kimi tanımayıb? - Nazarbayev açıqladı

Hazırda oxunan: Qazaxıstan niyə Krımı Rusiya ərazisi kimi tanımayıb? - Nazarbayev açıqladı

49120

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin fikrincə, ölkəsinin 2014-cü ildə Krımı Rusiya ərazisi kimi tanımamasının səbəbu Cənubi Osetiya, Abxaziya və Kosovo ilə bağlı olub. Əks halda bu ölkələri də tanımaq lazım idi.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

"Krımda Rusiyaya birləşmək üçün referendum keçirildi. Biz Krımı Rusiya ərazisi kimi tanımadıq, çünki o zaman mən Cənubi Osetiyanı, Abxaziyanı, Kosovonu tanımalı olardım, Kosovo da bizdən onları tanımağı xahiş edirdi". 

O, bunu amerikalı rejissor Oliver Stouna verdiyi müsahibəsi əsasında hazırlanan və şənbə günü nümayiş etdirilən "Qazax. Qızıl adamın tarixi" filminin yayımı zamanı deyib.

Eyni zamanda Nazarbayev Qazaxıstanın da Ukrayna tərəfini dəstəkləmədiyini xatırladıb.

"Bütün bunlar Kiyevdə baş verən çevriliş nəticəsində yaranıb. Mən Ukraynanı sevirəm, orada oxumuşam və baş verənlərdən narahatam", - respublikanın birinci prezidenti deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin