İran nüvə danışıqlarının son raundunda mövqeyini sərtləşdirdi - Dövlət Departamenti

Hazırda oxunan: İran nüvə danışıqlarının son raundunda mövqeyini sərtləşdirdi - Dövlət Departamenti

49119

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi telefon brifinqində deyib ki, İran Vyanada keçirilən nüvə danışıqlarının son raundunda daha əvvəl təklif edilmiş kompromislərdən uzaqlaşaraq və əlavə tələblər irəli sürərək öz mövqeyini sərtləşdirib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“İran əvvəlki altı ayda təqdim etdiyi bütün kompromislərdən kənara çıxdı və daha çox şey istədi”, - deyə diplomat qeyd edib.

O, əlavə edib ki, İranın tələbləri nüvə sazişinin yenidən qurulmasından kənara çıxıb.

Bu həftə Avstriyanın paytaxtında uzun fasilədən sonra İranla danışıqların yeddinci raundu baş tutub.

Dövlət Departamentinin sözçüsü danışıqların yenidən nə vaxt baş verəcəyini bilmədiyini deyib, lakin açıq şəkildə bildirib ki, ABŞ üçün İranın yanaşmalarının ciddiliyi yeni görüşün tarixindən daha önəmlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin