Slavyanskda atışma: 1 ölü, xeyli sayda yaralı var -VİDEO

Hazırda oxunan: Slavyanskda atışma: 1 ölü, xeyli sayda yaralı var -VİDEO

49096
Ukraynanın şərqində atəşkəsin elan olunmasına baxmayaraq tərəflər arasında atışmalar davam etməkdədir. 
ANS TV-nin məlumatına görə, bu gün də Ukrayna ordusu və Milli Qvardiyanın mənsubları Slavyansk şəhərində rusiyayönümlü üsyançıların mövqelərini artilleriya atəşinə tutub. Şiddətli atəş nəticəsində şəhərdə bir çox bina dağıdılıb.
Yerli sakin Valentina Omelyançukun sözlərinə görə, bütün gecə biz zirzəmidə oturmuşuq: “Mənzilimiz səhər saat 6-7 arası vuruldu. Gecə baş verənlər dəhşət idi, ev sahibləri şok içərisindədir”.
Son məlumatlara görə, atışmada bir qadın həlak olub. Çoxlu sayda yaralı var. Atəşkəs rejiminin pozulmasında, həm rəsmi Kiyev, həm də üsyançılar bir-birini ittiham edir. Ötən həftə elan olunan atəşkəsin müddəti bu gün saat 23-də başa çatır. Avropa Birliyi təyin olunan vaxtda Ukraynanın şərqində sabitliyin bərqərar olunmayacağı təqdirdə üsyançıları dəstəkləyən Rüsiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını bəyan edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin