Ötən ay vəfat edən Dieqo Maradonanın qohumları sabiq futbolçunun 40 milyon avroluq mirası uğrunda mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Məlumata görə, idmançının 40 milyon avro həcmində qiymətləndirilən mirasına ən azı 16 nəfər iddia edir. Dieqo Maradona İsveçrə, Dubay və Argentina banklarındakı hesablarından əlavə, dünyanın bir çox şəhərində daşınmaz elit əmlakın, həmçinin bahalı avtomobillər parkının sahibi idi.
1986-cı ildə futbol üzrə dünya çempionunun qanuni beş oğlundan başqa, daha yeddi nəfər bu statusa iddialıdır. Bundan başqa, sabiq futbolçunun dörd bacısı da onun varidatına yiyələnmək uğrunda mübarizəyə qoşulub.
Argentina qanunlarına əsasən, vəsiyyət olmadığı təqdirdə miras mərhumun bütün qohumları arasında bərabər bölünür. (Azertac)
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:21 / 10.12.2020
Maradonanın qohumları miras mübarizəsinə başladı - 40 milyon avro uğrunda
Hazırda oxunan: Maradonanın qohumları miras mübarizəsinə başladı - 40 milyon avro uğrunda
Hazırda oxunan: Maradonanın qohumları miras mübarizəsinə başladı - 40 milyon avro uğrunda
4887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.