Moderator.az-ın məlumatına görə, Suriya ordusu ilə terror qruplaşmaları arasında baş verən qarşıdurmada İdlib vilayətinin Xan Şeyxun bölgəsində 1986-cı il təvəllüdlü Sevan Ölmesekyan öldürülüb. Onun mayın 25-də öldürüldüyü məlum olub.
Qeyd edək ki, Suriyada qarşıdurmalar başlayanda 60-70 min arası erməni yaşayırdı. Onların yarıdan çoxu Hələb, digər hissəsi Latakiya, Homs, Kamışlı, Hasake, Yakubie, eləcə də paytaxt Dəməşqdə məskunlaşmışdılar.


























































































