Qırğızıstan prezidenti Sadır Japarov parlament üzvlərinin maaşlarını kəsib və onları xidməti avtomobillərindən məhrum edib.
Bizim.Media “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı prezidentin mətbuat xidməti yayıb.
Sadır Japarov “Respublika büdcəsinin xərclərinin optimallaşdırılması, dövlət orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Buna əsasən deputatların vəzifə maaşları azaldılıb.
Fərmana əsasən, parlament sədrinin vəzifə maaşı 30 min (353 dollar), onun müavinlərinin vəzifə maaşı 27 min (317 dollar), parlamentdəki fraksiya rəhbərləri və komitə sədrlərinin vəzifə maaşı 26 min (306 dollar), deputatların maaşı 25 min som (294 dollar) müəyyən edilib.
Japarovun mətbuat xidməti bildirib ki, “prezidentin fərmanı yeni büdcə siyasətinin dövlət qurumları tərəfindən büdcə xərclərinə əsaslı qənaətlərin yaradılmasına start verəcək.
Prezidentin fərmanında deputatlara kompensasiyalar və xidməti avtomobillər də istisna edilib, mövcud xidməti mənzillər isə mənzili olmayan deputatlar arasında bölüşdürüləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:34 / 02.12.2021
Bu ölkədə deputatların xidməti avtomobilləri əllərindən alındı, maaşları kəsildi
Hazırda oxunan: Bu ölkədə deputatların xidməti avtomobilləri əllərindən alındı, maaşları kəsildi
Hazırda oxunan: Bu ölkədə deputatların xidməti avtomobilləri əllərindən alındı, maaşları kəsildi
48697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.