Co Baydenin partiyasının ofisini partlatmaq istədilər

Hazırda oxunan: Co Baydenin partiyasının ofisini partlatmaq istədilər

4862

ABŞ polisi Demokratlar Partiyasının ofisini partlatmaq istəyən şəxsi saxlayıb. 

Vaşinqton ştatının Spokeyn şəhərində yerləşən qərargahına soxularaq oranı partlatmaqla hədələyən şəxs ofisdə yanğın da törədib. Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan kişi əlində içərisindən tellər çıxan çanta ilə bir nəfər əməkdaşın olduğu demokratların ofisinə girib və oranı partlatmaq istədiyini bildirib. İnsident zamanı xəsarət alan olmayıb.

Polis binanı mühasirəyə aldıqdan sonra o, çölə çıxıb və səlahiyyətlilərə təslim olub. Amma onun üzərində partlayıcı tapılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin